Nazir müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
Bakı, 5 aprel, AZƏRTAC
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli tam orta məktəbdə olub.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Əvvəlcə məktəbin foyesində Goranboy şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Sonra təhsil müəssisəsinin akt zalına, yeməkxana və idman zalına baxış keçirilib.
Məktəbdə yaradılmış şəraitlə tanış olan Firudin Qurbanov müəllim və şagirdlərlə görüşüb, onlarla söhbət edib.
Bildirilib ki, məktəb binası 2021-ci ildə istifadəyə verilib. Hazırda məktəbdə 810 şagird təhsil alır.
COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi
“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar