Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
Bakı, 29 mart, AZƏRTAC
Serbiyanın Novi Sad şəhərində keçirilən “Beynəlxalq Şahmat Ustası” turnirində azərbaycanlı Əhməd Əhmədzadə, eləcə də Trinidad və Tobaqo Respublikasının bayrağı altında çıxış edən soydaşımız Alan-Səfər Ramoutar müvafiq olaraq birinci və ikinci yeri tutublar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yarışda 10 şahmatçı mübarizə aparıb. 9 raunddan ibarət olan turnirdə Əhməd Əhmədzadə 5 qələbə və 4 heç-heçə, Alan-Səfər isə 5 qələbə və 3 heç-heçə ilə yadda qalıb.
Hazırda şahmat üzrə beynəlxalq usta (İnternational Master) olan Alan-Səfər Ramoutar qrossmeyster (Grandmaster) adı almaq uğrunda əzmlə çalışır.
Qeyd edək ki, Alan-Səfərin anası Emiliya Əhmədova yazıçı kimi fəaliyyət göstərir. O, “Broken Chains” (“Qırılmış zəncirlər”), “A Hell For All Seasons” (“Bütün mövsümlərdə cəhənnəm”), “My Twin Sister And Me” (“Əkiz bacım və mən”), “Caribbean Tears” (“Karib göz yaşları”), “Benji And Pals” (“Benci və dostları”) adlı kitabların müəllifidir.
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik
Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb
“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO