×
A
A
A
Sazlamalar

“Qarabağ” aparıcı futbolçusuna yeni müqavilə təklif edib

Bakı, 5 aprel, AZƏRTAC

“Qarabağ” klubu futbolçusu Abdullah Zubirə yeni müqavilə təklif edib.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi aparıcı oyunçusunu buraxmaq fikrində deyil.
Fransalı yarımmüdafiəçinin Azərbaycan çempionu ilə hazırkı sözləşməsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.

İdman 2024-04-05 17:54:00