×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı Avropa çempionatında finala yüksəlib

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan gimnastı Aleksey Karataşov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında finala yüksəlib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, idmançı tamblinq üzrə yarışda buna nail olub.
Qeyd edək ki, Avropa çempionatına aprelin 7-də yekun vurulacaq.

İdman 2024-04-05 16:35:00