“Neftçi” – “Qarabağ” oyunundakı hadisələrlə bağlı cəzalar açıqlanıb
Bakı, 5 aprel, AZƏRTAC
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Neftçi”nin “Qarabağ”la ev görüşündə 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. Bununla yanaşı, matç bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması Bakı təmsilçisini 800 manat ziyana salıb.
“Qarabağ” azarkeşlərinin kütləvi şəkildə rəqib futbolçuları təhqir etməsi isə Ağdam klubunun 1000 manat cərimələnməsinə səbəb olub.
Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir