×
A
A
A
Sazlamalar

Azərbaycanın 3x3 qadın basketbol millisi beynəlxalq turnirdə ikinci olub

Bakı, 5 aprel, AZƏRTAC

Qadın basketbolçulardan ibarət 3x3 Azərbaycan millisi Tailandda keçirilən beynəlxalq turnirdə ikinci olub.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma “Paris-2024” Yay Olimpiadasının təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan yarışın B qrupunda mübarizə aparıb.
Turnirin 1/4 final mərhələsinə yüksələn komandamız bu mərhələdə yerli “Sriraça Eagle”yə 21:11, Polşa “Lotto”suna 17:16 hesabı ilə qalib gəlib. Finalda Almaniyanın “Zoos” kollektivinə (17:15) uduzan yığma beynəlxalq turniri ikinci sırada tamamlayıb.

İdman 2024-04-05 15:16:00