×
A
A
A
Sazlamalar

“Mançester Yunayted”dən Premyer Liqada uğursuz göstərici

Bakı, 5 aprel, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” komandası Premyer Liqada uğursuz göstərici ilə yadda qalıb.
AZƏRTAC “Opta”ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” bu il ölkə çempionatında keçirdiyi 10 matçda rəqibləri tərəfindən qapısına ən çox zərbə vurulan (225) komanda olub.
Erik Ten Haqın kollektivi ötən gün “Çelsi” ilə matçda qapısında 27 zərbə görüb və bunların 11-i çərçivəyə doğru gedib.
İngiltərə nəhənginin uğursuzluğu Avropanın beş böyük liqaları arasında ən pis göstəricidir.
Qeyd edək ki, “Çelsi” gərgin keçən qarşılaşmada “Mançester Yunayted”ə 4:3 hesabı ilə qalib gəlib.

İdman 2024-04-05 15:07:00