×
A
A
A
Sazlamalar

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda iki medal qazanıb

Bakı, aprel, AZƏRTAC

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar ("Qızıl Tur") arasında "Maksima Masters" çempionatında iki qızıl medal qazanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idmançı buna cavan atlar arasında keçirilən yarışda nail olub. O, turnirdə 3 atla iştirak edir.
Qeyd edək ki, "Maksima Masters" çempionatı aprelin 7-dək davam edəcək.

 

İdman 2024-04-05 13:28:00