Konstitusiya qanunlarına dəyişikliklər ediləcək
Bakı, 5 aprel, AZƏRTAC
Konstitusiya qanunlarına dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib.
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar dəyişiklikləri qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin aprelin 5-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Dəyişikliklərə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.2.5-ci maddəsində “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz olunur.
Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklərlə 2.1. 1.0.20-ci maddədə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri, 2.2. 9.1.2-ci maddədə və 84-cü maddənin adında “kütləvi informasiya vasitələrində” sözləri “media məhsullarında” sözləri, eləcə də 2.3. 48.3.2-ci maddədə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəzlənir.
Qanun layihəsi üçüncü oxunuşda müzakirə edilərək səsvermədən sonra qəbul edilib.
Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib YENİLƏNİB
Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib