×
A
A
A
Sazlamalar

ASAPES-də məşhur fizioterapevtin kitabının təqdimatı olub

Bakı, 5 aprel, AZƏRTAC

Bakıda məşhur fizioterapevt Roman Yahodanın Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə birgə layihəsi olan “Basics to spesifics” kitabının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, ASAPES-in akt zalında təşkil olunan tədbirdə kitabın necə ərsəyə gəlməsindən və nədən bəhs etdiyindən danışılıb.
Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, “Basics to spesifics” kitabı fiziki məşq prinsiplərinin, hazırlıq-bərpa prosesinin və proqramlarının tərtib edilməsi barədə geniş məlumatlar toplusudur.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Təhminə Tağı-zadə kitabın təkcə tələbələr üçün deyil, eyni zamanda, idman sahəsində fəaliyyət göstərən hər kəs üçün etibarlı məlumat mənbəyi olduğunu diqqətə çatdırıb.
Daha sonra kitabın müəllifi Roman Yahoda qeyd edib ki, “Basics to spesifics” kitabı reabilitasiya sahəsinin bütün aspektlərini əhatə edən unikal vəsaitdir. Müəllifin sözlərinə görə, kitab 802 min tapşırığı əhatə edir. Bu səbəbdən də sağlamlıq, idman və reabilitasiya sahəsində çalışan hər kəs üçün lazımlı ədəbiyyatdır.
Qeyd edək ki, Roman Yahoda 2003-cü ildən fizioterapevt, 2007-ci ildən müxtəlif universitetlərdə və təhsil müəssisələrində, o cümlədən milli idman komandalarında və federasiyalarda fizioterapiya, fiziki məşqlər üzrə beynəlxalq ekspertdir. 2008-ci ildən UEFA-nın Elit hakimlərinin tibb və məşqçilik üzrə heyətinin üzvüdür. Roman Yahoda, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Bədən tərbiyəsi və idmanda reabilitasiya” proqramı üzrə məsul şəxsdir.

 

İdman 2024-04-05 11:27:00