“Qarabağ”ın amputant futbolçusundan baxımlı qol VİDEO
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və AFFA-nın birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qarabağ" və "Neftçi"nin amputant komandaları arasında oynanılan matçda baxımlı qol qeydə alınıb.
Qolun müəllifi Ağdam təmsilçisinin üzvü Sənan Hacıyev olub. Vətən müharibəsi qazisi top havada olarkən əlindəki əsaları yerə ataraq akrobatik zərbə ilə əla qol vurub.
Həmin epizodun videosunu təqdim edirik:
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib