×
A
A
A
Sazlamalar

Premyer Liqa: "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək

Bakı, 5 aprel, AZƏRTAC

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün yeganə matçında "Araz-Naxçıvan" və "Kəpəz" komandaları üz-üzə gələcəklər. Görüş saat 20:00-da başlayacaq.
"Araz-Naxçıvan" hazırda 32 xalla turnir cədvəlində 8-ci, "Kəpəz" isə 27 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də keçiriləcək.

 

İdman 2024-04-05 10:58:00