×
A
A
A
Sazlamalar

UNEC Q1 kvartelli jurnallarda dərc olunan məqalələrin sayına görə ölkədə liderdir

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) alimlərinin 1975-ci ildən 2024-cü ilədək “Web of Science” və “Scopus” platformalarında dərc olunan məqalələrinin 63 faizi son 5 ilin payına düşür. Bu statistika çox böyük uğurdur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu barədə UNEC-in rektoru professor Ədalət Muradov “Elm günləri”nin yekununa həsr olunan tədbirdə söyləyib. Rektor qeyd edib ki, AMEA-nın tədqiqat institutları da daxil olmaqla, UNEC Q1 kvartelli jurnallarda dərc olunan məqalələrinin sayına görə ölkədə 1-ci yerdədir.

Elm və təhsil 2024-04-05 10:53:00