×
A
A
A
Sazlamalar

İddiaçılar Turniri: Nicat Abasov ABŞ şahmatçısına qarşı

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı qrosmeyster ikinci sınağında ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək. N.Abasovun qara fiqurlarla oynayacağı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Şahmatçımız turnirdəki ilk görüşündə rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edib – 0,5:0,5.
Qeyd edək ki, İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.

İdman 2024-04-05 10:51:00