×
A
A
A
Sazlamalar

Azərbaycan millisi seçmə mərhələdə mübarizəyə başlayır

Bakı, 5 aprel, AZƏRTAC

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, B Liqasının I qrupunda mübarizə aparan yığma səfərdə Macarıstanın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
Matçı İngiltərədən olan referi Kirsti Doul idarə edəcək.
Qrupun digər qarşılaşmasında İsveçrə və Türkiyə yığmaları üz-üzə gələcəklər. Oyunun start fiti 21:00-da çalınacaq.

 

İdman 2024-04-05 10:41:00