×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: “Valensiya” səfərdə “Qranada”ya qalib gəlib

Bakı, 5 aprel, AZƏRTAC

Futbol üzrə İspaniya La Liqasında XXX tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda "Qranada" doğma meydanda "Valensiya" ilə üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Yarasalar" bu qələbə sayəsində 44 xalla 7-ci pilləyə yüksəlib. "Qranada" isə 14 xalla 19-cu yerdə qərarlaşıb. Turnir cədvəlinə 75 xalla "Real Madrid" rəhbərlik edir.

İdman 2024-04-05 01:01:00