×
A
A
A
Sazlamalar

Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb

Bakı, 4 aprel, AZƏRTAC

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb. 60 kiloqram çəkidə Məhəmmədəli Qasımzadə 1/16 final çərçivəsində Demurovi Levanla (Gürcüstan) qarşılaşıb. Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 5:0.
M.Qasımzadə növbəti görüşündə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Döyüş aprelin 7-də olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.

İdman 2024-04-04 21:38:00