×
A
A
A
Sazlamalar

Şimal-qərb bölgəsinin təhsil müəssisələrində ağacəkmə aksiyası keçirilib

Şəki, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən ağacəkmə aksiyası keçirilib.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin əməkdaşlarının, məktəb kollektivlərinin, valideyn və şagirdlərin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında təhsil müəssisələrinin həyətyanı sahələrində, ümumilikdə, 200-dən çox ting əkilib.

Regionlar 2024-04-04 12:45:00