×
A
A
A
Sazlamalar

Aktauda “Birləşdik – 2024” komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu ilin iyulunda Qazaxıstanın “Oymaşa” təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasındakı Tokmak Burnunda keçiriləcək təlimdə “Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası” üzrə fəaliyyətlər yerinə yetiriləcək.

Ordu 2024-04-04 12:45:00