×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur

Bakı, 4 aprel, AZƏRTAC

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, çətin relyefli və yüksək dağlıq ərazilərdəki bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir.
Ordu sıralarında xidmət edən vətənpərvər gənclərimiz komandirlərin onlara aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər.
Ali Baş Komandanın diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.

 

 

Ordu 2024-04-04 11:21:00