×
A
A
A
Sazlamalar

Naxçıvanda sahibkarlarla görüş keçirilib

Naxçıvan, 4 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Biznes Mərkəzində Naxçıvan şəhərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyi, Sahibkarlığın İnkişafı Fondu, “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar cəmiyyətlərinin Naxçıvan filiallarının nümayəndələri iştirak ediblər.
Görüşdə sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan qablaşdırma və tara müəssisəsinin yaradılmasının təşviqi məsələləri müzakirə olunub.
Müzakirələr çərçivəsində təkliflər dinlənilib, suallar cavablandırılıb.

 

 

Regionlar 2024-04-04 10:40:00