×
A
A
A
Sazlamalar

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sabirabad, 3 aprel, AZƏRTAC

Sabirabad rayonunda yol nəqliyyat hadisəsi baş verib, qəza nəticəsində xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Sabirabad şəhəri Muğan küçəsində baş verib. Qəza nəticəsində xəsarət alan iki nəfər Əli Nəzərov və Məhərrəm İslamov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2024-04-03 23:14:00