×
A
A
A
Sazlamalar

Sankt-Peterburqun Əmək və Əhalinin Məşğulluğu Komitəsinin sədri ilə görüş olub

Bakı, 3 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rusiyanın Sankt-Peterburq şəhərinin Əmək və Əhalinin Məşğulluğu Komitəsinin sədri Dmitri Çerneyko ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, icra olunan və ildən-ilə genişləndirilən aktiv məşğulluq proqramları diqqətə çatdırılıb. Əmək və məşğulluq sahəsi üzrə innovativ həllərin, elektron texnologiyaların geniş tətbiqi istiqamətində görülən işlər, “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri diqqətə çatdırılıb.
Aparılan islahatlar prosesində digər ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanıb.
D.Çerneyko qurumlar arasında əməkdaşlığın, təcrübə mübadilələrinin əhəmiyyətini qeyd edib.
Görüşdə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Cəmiyyət 2024-04-03 23:01:00