Dövlət Sosial Müdafiə Fondu Sinqapurda “Qalib” mükafatı ilə təltif edilib
Bakı, 3 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq uğurunu Sinqapurda keçirilən “Festival of Innovation Awards 2024” beynəlxalq müsabiqəsində əldə edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, “GovInsider” beynəlxalq qurumu tərəfindən təşkil olunan müsabiqədə DSMF-nin son illər malik olduğu uğurlu islahatlar təcrübəsi yüksək dəyərləndirilib və Fond müsabiqənin qalibi olub.
Beləliklə, 27 ölkədən 1600-dən çox nümayəndənin iştirakı ilə təşkil olunmuş Beynəlxalq İnnovasiyalar Konfransında DSMF “Qalib” mükafatı ilə təltif edilib. Fond bu mükafata sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar, sosial idarəçilikdə çeviklik və xidmət keyfiyyətinin artırılmasına görə layiq görülüb.
Radioloq: Ultrasəs müayinələrində vizual nəticələri yaratmaq üçün səs dalğalarından istifadə edilir
Yanvarın 14-ü üçün hava proqnozu açıqlanıb
Ötən il əlilliyi olan şəxslərə 97 min reabilitasiya vasitəsi təqdim edilib