"N" hərbi hissəsində hərbi qulluqçu və mülki işçilərlə görüş keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri "N" hərbi hissəsində olub, hərbi qulluqçu və mülki işçilərlə görüş keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, onların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə maarifləndirici söhbətlər aparılıb.
Həmçinin hərbi qulluqçu və mülki işçilərə inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Ordusunda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır, hərbi qulluqçular və mülki əməkdaşlar arasında geniş maarifləndirmə işləri aparılır.
İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər – MƏQALƏ
Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib
Azərbaycan Ordusunun iki zabiti Çin Hərbi Akademiyasının kursunu uğurla bitirib