Azərbaycan Hərbi Dəniz Qüvvələrinin imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Birinci dərəcəli kapitan Teymur Mürşüdov konfrans iştirakçılarına Azərbaycan Ordusunun digər bölmələrində olduğu kimi, HDQ-nin də Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, aparılan islahatlar çərçivəsində müasir tələblərə cavab verən ştat-strukturun qurulması, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması məqsədilə müxtəlif təlim və kursların keçirilməsi nəzərdə tutulub.
T.Mürşüdov vurğulayıb ki, konfransın keçirilməsində əsas məqsəd HDQ-nin modernləşdirilməsi, eləcə də yenidənqurulması istiqamətində işlərin daha səmərəli təşkil olunmasıdır.
Qeyd edilib ki, konfransda Xəzər dənizinin hüquqi statusu və regiona təsir edən konfliktlər, HDQ-nin şəxsi heyətinin xidməti, əməliyyat və döyüş hazırlığının təşkili və digər aktual mövzular üzrə müzakirələrin aparılması planlaşdırılır.
Sonda "Hərbi Dəniz Qüvvənin əməliyyat fəaliyyəti" üzrə aktual olan bir sıra mövzular haqqında brifinqlər təqdim edilib, fikir mübadiləsi aparılıb.
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Hərbi Hava Qüvvələrində voleybol üzrə birincilik keçirilib
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO
Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib