×
A
A
A
Sazlamalar

Lənkəranda baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb

Lənkəran, 3 aprel, İlkin Adıyev, AZƏRTAC
Bu gün Lənkəranda baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda baş verən yol qəzasında ağır xəsarət alan 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, S.Abbasov sıxılaraq deformasiyaya uğrayan yük avtomobilinın içində qalmışdı. FHN-in xilasediciləri tərəfindən yük maşınından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Regionlar 2024-04-03 19:08:00