×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nın və “Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2442 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440 (Cild I); 2024, № 1, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 19.2-ci bənddən “və ya təsdiq edildikdə” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Yarmarkalar, sərgilər və xeyriyyə tədbirləri çərçivəsində təşkil edilən satış obyektlərinin, ilkin istehsal sahəsində, pərakəndə satış bazarları daxilində və səyyar satışlar vasitəsilə qida məhsullarını satan ailə kəndli təsərrüfatlarının qeydiyyatı tələb olunmur.”.
2. 19.5-ci bənddən “və ya təsdiq olunmasına” sözləri çıxarılsın.
3. 20-1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“20-1.5. Yarmarkalarda qida məhsullarının satışını həyata keçirən obyektlərin qeydiyyatı tələb edilmir. Satışa çıxarılan qida məhsullarının istehsalçısı (emalçısı) isə ailə-kəndli təsərrüfatları istisna olmaqla, texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida subyektinin qeydiyyata alınmasına və qida obyektinin qeydiyyata alınmasına və ya təsdiq edilməsinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışa malik olmalıdır və bu tələblərə cavab verməyən istehsalçının (emalçının) məhsulları yarmarkalarda satışa çıxarıla bilməz.”.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 aprel 2024-cü il

№ 191

Qərarlar 2024-04-03 17:58:00