×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 10 aprel tarixli 500 nömrəli, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında” 2017-ci il 2 fevral tarixli 1223 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 1847 nömrəli, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 163 nömrəli, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” 2018-ci il 6 iyul tarixli 170 nömrəli və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 13 iyul tarixli 193 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2396 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 10 aprel tarixli 500 nömrəli, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeli-yində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttiş-liyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında” 2017-ci il 2 fevral tarixli 1223 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 1847 nömrəli, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 163 nömrəli, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” 2018-ci il 6 iyul tarixli 170 nömrəli və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 13 iyul tarixli 193 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2396 nömrəli Fərmanının 8-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1238 (Cild I) ilə təsdiq edilmiş “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası”nın 6-cı hissəsi ləğv edilsin.
2. “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasi-yasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 313 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1603 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administra-siyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin və 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administra-siyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Strukturu”nun “Qeyd” hissələri ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1111 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”nin “Qeyd” hissəsi ləğv edilsin.
4. “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 iyun tarixli 266 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1365 (Cild I) 3-cü hissəsi ləğv edilsin.
5. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7, maddə 1626 (Cild I) 3-cü hissəsi ləğv edilsin.
6. “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun strukturu, işçilərinin say həddi və əməkhaqqı fondunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 173 (Cild I) 4-cü hissəsi ləğv edilsin.
7. “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 oktyabr tarixli 425 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1672 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.
8. “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 457 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1877 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
9. “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 31 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 182 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
10. “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 655 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
11. “Strateji ekoloji qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 354 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1088 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
12.“Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması Qaydası və müddəti”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 sentyabr tarixli 362 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1096 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 aprel 2024-cü il

№ 188

Qərarlar 2024-04-03 17:54:00