® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən kollec tələbələri üçün növbəti təlim keçirilib
Aprelin 3-də Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq “Uşaqlarda inhalyasiya terapiyası” mövzusunda növbəti maarifləndirici təlim həyata keçirilib.
Təlim zamanı Mərkəzi Gömrük Hospitalının pediatrı Şahnaz Zamanlı mövzu ilə əlaqədar təqdimatla çıxış edib. O, təlim zamanı uşaqlarda tənəffüs yollarının xüsusiyyətləri, inhalyasiya terapiyasının üstünlükləri, inhalyasiya terapiyasında dərmanların verilmə qaydası və müasir tibdə inhalyasiya terapiyasında istifadə olunan cihazlar barədə ətraflı məlumat verib.
Təlimin yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub
FHN: Yasamalda yaşayış binasında yanğın olub, 9 nəfər bina sakini təxliyə edilib
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA