Bakıda səyyar iaşə xidməti göstərən obyektin istifadəçisinə cərimə yazılıb
Bakı, 3 aprel, AZƏRTAC
Bakı şəhərinin Yasamal rayonu ərazisində Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda səyyar iaşə xidməti göstərən obyektdən havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Bu barədə AZƏRTAC-a xidmətdən məlumat verilib.
Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı səyyar iaşə obyektinin istifadəçisi O.Rüstəmzadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.
Sumqayıt şəhərindən nümayəndə heyəti Avstriyanın Lints şəhərindədir
Bakı-Dammam marşrutu üzrə aviareysi yerinə yetirən təyyarə Bakı hava limanına geri qayıdıb
Ankarada AFAD Türkiyə əməkdaşları Azərbaycan FHN adından mükafatlandırılıb
MEDİA könüllüləri üçün növbəti peşəkar inkişaf təlimi keçirilib