Buraxılış imtahanlarında şimal bölgəsi üzrə ən yüksək nəticə göstərən şagirdlər müəyyənləşib
Quba, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Buraxılış imtahanlarında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ən yüksək nəticə göstərən şagirdlər müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Xəlilzadə Sənubər Elnur qızı 296 balla şimal bölgəsində birinci olub.
Siyəzən şəhər Şirin İsmayılov adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsənova Şükriyyə Aftandil qızı isə imtahanda 295 bal toplamağı bacarıb.
Xatırladaq ki, martın 3-də respublikanın 30 şəhər və rayonunda təşkil olunan imtahanlarda 52 mindən çox şagird iştirak edib. imtahanlarda 14 şagird maksimum (300 bal) nəticəyə nail olub.
Naxçıvanda küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq edilib
Xocalıya köçən sakin: Vətən ana qucağı kimi əzizdir
Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib
Keçmiş məcburi köçkün: Ən böyük arzumuz gerçəkləşib – Vətənimizə qovuşmuşuq