Naxçıvanda ilk dəfə göycə istixanası yaradılacaq
Naxçıvan, 3 aprel, Nail Əsgərov, AZƏRTAC
Babək rayonunun Kültəpə kəndində muxtar respublikada ilk dəfə göycə istixanasının yaradılması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna kənd sakini, təcrübəli təsərrüfatçı Vasif Cəfərov məlumat verib.
O qeyd edib ki, Naxçıvanın brendi sayılan göycənin alıcılıq qabiliyyətini nəzərə alaraq bu il payız aylarında muxtar respublikada bir ilkə imza atmaq niyyətindədir.
Təsərrüfatçı 5 hektara yaxın meyvə bağının 3-4 sotunda göycə istixanası yaradacaq. İstixana 35 ağacı əhatə edəcək. Sentyabr-oktyabr aylarında işə başladığı təqdirdə, artıq mart-aprel aylarında ağaclarının bar verəcəyini deyir. Zəhmətkeş insan iki il bundan əvvəl bir ağacın üzərində təcrübə aparıb və nəticəsi müsbət olub. O, bu yolla yaxşı gəlir əldə edəcəyinə inanır.
Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb
Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib
Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək