Naxçıvanda su xətlərinə qeyri-qanuni müdaxilələr olunub
Naxçıvan, 3 aprel, AZƏRTAC
Araz çayından qidalanan nasos stansiyalarının təzyiqli boru xətlərinə qeyri-qanuni müdaxilələrin fəsadları aradan qaldırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Qaraçuq-2” nasos stansiyasının Babək şəhərindən keçən hissəsindəki xətlərdə qəza baş verib. Su xətlərinin partlaması nəticəsində Babək şəhərinin, Nehrəm qəsəbəsinin və rayonun Qoşadizə məhəlləsinin əkin sahələrinə suvarma suyunun verilməsində 6-7 saatlıq fasilə yaranıb.
Naxçıvan Muxtar Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Babək rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları və texnikaları dərhal qəza baş verən əraziyə cəlb olunublar. Qəza baş verən xətlərə baxış zamanı məlum olub ki, vətəndaşlar tərəfindən qeyri-qanuni yolla borulara olan müdaxilələr su xətlərinin qəzalı vəziyyətə düşməsinə səbəb olub. Dərhal idarə əməkdaşları tərəfindən qəza vəziyyəti aradan qaldırılıb, suvarma suyunun verilməsi təmin edilib.
Zabux kənd məktəbində Novruz şənliyi keçirilib
Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib
Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib
Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib
“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO