Lənkəranda yük maşını traktorla toqquşub, yaralılar var
Lənkəran, 3 aprel, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara magistralında Lənkəran rayonu ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan yük avtomobili traktorla toqquşub. Yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası, canlı qüvvəsi və Cənub Regional Mərkəzinin xilasediciləri yük maşınında sıxılıb qalanları çıxarırlar.
Qeyd edək ki, qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Zaqatala, Balakən və Qaxda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 15 mərkəzdə aparılıb
Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər
Gəncədə tibbi aksiya: “Erkən Müayinə – Can Qurtarır!”
Babək və şahbuz rayonlarında xeyli sayda hərbi sursatlar aşkar olunub
Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib VİDEO