“Evsiz qalmış ay”ın ilk nümayişi Beynəlxalq Festivalda keçiriləcək
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 16-da “Evsiz qalmış ay” sənədli filmi İsveçrədə keçiriləcək “Visions du Réel” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Atanur Nəbiyevadır. “Chai Khana media”nın istehsalı olan ekran əsərinin xronometrajı 22 dəqiqədir.
“Evsiz qalmış ay”da yer alan hadisələr rejissorun uşaqlıq günlərini keçirdiyi Avey dağı ərazisində baş verir. O, illər sonra bu dağda qarşılaşdığı nənə və nəvədə öz uşaqlığını tapır. Şəhər həyatından çox uzaqda olan bu ailə həyatlarını ucqar bir komacıqda keçirir. Nənə və nəvənin hər ikisinin daşıdığı Təzəgül adı onları əhatə edən demək olar ki, səhralaşmış dağ görüntüsü ilə poetik ziddiyyət təşkil edir. Onlar daş karxanaları tərəfindən “udulan” və tədricən “əriyən” bu dağda açan son çiçəklərdir. Nənə ilə nəvə arasında zərif və zamandan azad bir bağ üzə çıxır. Onların bu sadə həyatlarının arxa planında görünən monotonluqdan daha böyük şeylər gizlənir.
Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib
Beynəlxalq Muğam Mərkəzində “Muğam mühazirələri”nin həsr olunmuş növbəti konsert
Mədəniyyət Nazirliyində Xalq artisti Şəfiqə Məmmədova ilə görüş təşkil olunub
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert proqramı keçirilib
Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib