Azərbaycan Kuboku: “Zirə” “Qəbələ”ni qəbul edəcək
Bakı, 3 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin son oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Kubokun ötən gün baş tutan görüşündə “Qarabağ” səfərdə “Neftçi”yə 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də keçiriləcək.
Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib
Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq
Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək
Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib
Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik