Tayvanda 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
Pekin, 3 aprel, AZƏRTAC
Tayvan adasında 7,3 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında qeydə alınıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib. Dənizdə dalğanın hündürlüyünün 3 metrə çatacağı proqnozlaşdırılıb. Əhaliyə sığınacaqlarda yerləşmə tövsiyə olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Cənubi Koreya məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb
Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır
Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək
Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb