×
A
A
A
Sazlamalar

Tədqiqat: Bitki mənşəli qidaların yuxu vərdişlərinə təsiri məlum olub

Bakı, 3 aprel, AZƏRTAC

Bitki mənşəli qidaların yuxu vərdişlərinə təsiri aşkar edilib.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Avstraliyada aparılan bir araşdırmada ən az 14 min adamın qidalanma və yuxu vərdişləri tədqiq olunub. Nəticədə bitki əsaslı pəhrizin yuxu vərdişi riskini beşdə bir azaltdığı müəyyənləşib.
Flinders Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda ABŞ-da 14 min 210 nəfər yaşlı insanın yuxu və qidalanma vərdişləri araşdırılıb. “ERJ Open Research” elmi jurnalında dərc edilən araşdırmada, əsasən tərəvəz, meyvə və taxıl məhsulları istehlak edənlərdə obstruktiv yuxu vərdişi ehtimalının 19 faiz azaldığı müəyyən olunub. Bitki əsaslı pəhrizin qadınlara nisbətən kişilərdə yuxu vərdişi riskini azaltmaqda daha təsirli olduğu da vurğulanıb.
Tədqiqatın müəllifi Yohannes Melaku, iltihab və piylənmənin obstruktiv yuxu vərdişi riskini artırdığını, antioksidantlarla zəngin olan və bədən yağını nəzarətdə saxlamağa kömək edən bitki əsaslı qidalanmanın bu mövzuda mühüm rol oynadığını diqqətə çatdırıb.
İsveçrədə yerləşən Avropa Tənəffüs Cəmiyyətinin direktoru Sophia Schiza, obstruktiv yuxu vərdişinin qarşısını almaq üçün müxtəlif tərəvəz, meyvə və taxıl məhsullarının istehlakına diqqət yetirilməli olduğunu bildirib.

Dünya 2024-04-03 03:54:00