Gənclər və İdman Nazirliyi tərəfindən autizm sindromlu uşaqlar üçün ippoterapiya təşkil olunub
Bakı, 2 aprel, AZƏRTAC
2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Cıdır Atçılıq Mərkəzinin və Autizm Mərkəzinin dəstəyi ilə autizm sindromlu uşaqlar üçün ippoterapiya keçirilib.
İppoterapiya - autizm sindromlu uşaqlarda müxtəlif disfunksional vəziyyət və psixi pozğunluqların atlarla terapevtik ünsiyyət vasitəsilə aradan qaldırılmasıdır.
Cıdır Atçılıq Mərkəzində baş tutan tədbirə Autizm Mərkəzində müalicə alan 16 uşaq cəlb edilib. Uşaqların burada həm asudə vaxtı səmərəli təşkil edilib, həm də onlar reabilitasiya olunublar.
Baş Prokurorluqda görüş keçirilib
Sabah hava şəraiti əsasən yağmursuz olacaq
Niger dövlət başçısının xüsusi müşaviri 1 saylı Bakı DOST Mərkəzində olub
FHN metronun “İçərişəhər” stansiyasında təlim keçirib VİDEO
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş olub