×
A
A
A
Sazlamalar

Xocavənddəki qəzada xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib YENİLƏNİB

Bərdə, 3 aprel, AZƏRTAC
Xocavənd rayonunda baş verən yol qəzasında xəsarət alan 11 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xəsarət alanların 4-ü kişi, 7-si qadındır. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

02.04.2024 [23:12]

İşğaldan azad olunan Xocavənd rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində Xocavənd rayonu Cəmiyyət kəndi ərazisində qeydə alınıb. Pənah Quliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirilib ki, faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Regionlar 2024-04-03 13:54:00