Baş məşqçi: İnanıram ki, “Neftçi” gələcəkdə böyük uğurlara imza atacaq
Bakı, 2 aprel, AZƏRTAC
Bu iki komandanın oyun üslubunu müqayisə etməkdə çətinlik çəkirəm. Çünki səviyyə olaraq eyni deyilik.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ"a 0:4 hesabı ilə məğlub olduqları ilk oyundan sonra mətbuat konfransında deyib.
Monteneqrolu mütəxəssis bildirib ki, komandası ikinci hissədə daha yaxşı oyun göstərdi: "Keçirdiyimiz son üç oyunda 7 xal qazandıq. Amma təəssüf ki, bu gün uduzduq. İlk hissədə çoxlu qollar buraxdıq. Amma bu gün sanki "Qarabağ" azarkeşlər baxımından səfərdə yox, evdə oynayırdı. Belə komandaya qarşı oynamaq əlbəttə ki, daha çətindir. Ancaq inanıram ki, "Neftçi" gələcəkdə böyük uğurlara imza atacaq".
O, komandanın kapitanı Emin Mahmudovun matçda iştirak etməməsinin səbəbinə də aydınlıq gətirib: "Eminin zədəsi var idi. Ona görə risk almaq istəmədik. Onu çempionatda "Sumqayıt"la keçiriləcək matça saxlamağı düşündük".
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Azərbaycan klubu amerikalı basketbolçu ilə müqavilə imzalayıb
“Neftçi” basketbol klubunun yeni baş məşqçisi: Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm
Arif Əsədov: “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Neftçi” ruhdan düşdü