Azərbaycan Kuboku: “Qarabağ” ilk oyunda “Neftçi”yə qalib gəlib
Bakı, 2 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Neftçi" - "Qarabağ" komandaları üz-üzə gəliblər. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qəsəbəsi ilə yekunlaşıb.
Matçda hesabı 14-cü dəqiqədə penaltidən Toral Bayramov açıb. O, 29-cu dəqiqədə dublunu rəsmiləşdirib. 37-ci dəqiqədə Marko Yankoviç üçüncü qolu meydan sahiblərinin qapısından keçirib. Matçın yekun nəticəsini 86-cı dəqiqədə Nəriman Axunzadə müəyyənləşdirib.
Komandaların arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Qeyd edək ki, yarımfinalın digər oyunu aprelin 3-də "Zirə" və "Qəbələ" arasında keçiriləcək.
NBA: Şərq Konfransının lideri doğma meydanda uduzub
Qar voleybolu üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
"Liverpul" Premyer Liqada yeni azarkeş rekorduna imza atıb
"Gəncə" klubunun prezidenti: Qar voleybolu üzrə Azərbaycan çempionatı yüksək səviyyədə təşkil olunub