×
A
A
A
Sazlamalar

Akademik Filarmoniyanın aprel repertuarı açıqlanıb

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Filarmoniyasının aprel repertuarı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb.
3 aprel- T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin konserti. (Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
4 aprel - F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)
8 aprel - Bəstəkar Bəhram Nəsibovun yaradıcılığına həsr olunmuş konsert. (F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti)
9 aprel - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti (açıq qapı)
12 aprel - “Musiqi körpüsü” ABŞ-Azərbaycan. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
13 aprel - “Üzüklərin hökmdarı” şam işığında adlı konsert. (RED Events)
20 aprel - Xalq artisti, bəstəkar Fərəc Qarayevin 80 illiyinə həsr olunmuş konsert. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
23 aprel - Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert. (F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İnstrumental heyəti)
24 aprel - Böyük İslam alimi Mövlanənin vəfatının 750 illiyinə həsr olunmuş “Mövlanə” ili çərçivəsində Konya Böyükşəhər Bələdiyyəsi və Yunus Əmrə İnstitutunun təşkilatçılığı tədbir
26 aprel - “Yeni adlar” layihəsi çərçivəsində konsert. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
27 aprel - Bakı Kamera Orkestrinin konserti
28 aprel - Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənc opera ulduzları”nın konserti (“MEZZO” kamera orkestri).

 

 

Mədəniyyət 2024-04-02 18:17:00