×
A
A
A
Sazlamalar

Dünya rekordçusu: Uğurumu Aprel döyüşləri şəhidlərinə həsr edirəm

Bakı, 2 aprel, AZƏRTAC

"Yeddiqat dünya rekordçusu idim. Xoşbəxtəm ki, bu gün nailiyyətlərimə yenisini əlavə etdim".
AZƏRTAC xəbər verir ki, bu sözləri yeni dünya rekorduna imza atan Azərbaycan pəhləvanı Vüsal Cavadov jurnalistlərə açıqlamasında deyib.
İdmançı bugünkü uğurunu Aprel döyüşlərində canından keçən şəhidlərə həsr edib: "34 ildir bu sənətdəyəm. Dünya rekorduna imza atmaq üçün qeyri-adi və cəsarət tələb edən hərəkətlər etmək lazımdır. Mən də bunu bacardım. Çalışacağam ki, gələcəkdə də bu ənənəni davam etdirim".
Qeyd edək ki, Vüsal Cavadov şüşə qırıntıları üzərinə çıxaraq bıçaqdan asılı olan 33 kiloqram ağırlığında çəki daşlarını qaldırıb. Sonra pəhləvan ağzında iti bıçağın kəsici tərəfi ilə avtomobili dartıb.

 

İdman 2024-04-02 18:01:00