“Qarabağ”ın legioneri Fransa klublarının təklifini qəbul etməyib
Bakı, 2 aprel, AZƏRTAC
“Qarabağ”ın futbolçusu Yassin Benzia Fransa klublarının təklifindən imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə əlcəzairli yarımmüdafiəçi Fransa mətbuatına açıqlamasında deyib.
O, təkliflərin II Liqa təmsilçilərindən gəldiyini bildirib: “Amma özümü aşağı liqa səviyyəsində təsəvvür etmədim. Əla mövsüm keçirirəm və “Qarabağ”da xoşbəxtəm. Planladığımız nəticələrə nail oluruq”.
Qeyd edək ki, Yassin Benzia bu mövsüm Ağdam təmsilçisinin heyətində ümumilikdə 41 matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib