Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Bakı, 1 aprel, AZƏRTAC
Cüdo üzrə Azərbaycan millisinin Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəni qadınlar və kişilər arasında 9 çəki dərəcəsi üzrə 13 cüdoçu təmsil edəcək.
Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar.
Qadınların yarışında Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Acelya Toprak (57 kiloqram), kişilərdə isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Murad Fətiyev, Elcan Hacıyev (90 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnir aprelin 25-27 keçiriləcək.
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib