×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastları beynəlxalq turnirdə mübarizə aparacaqlar

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycanın bədii gimnastları Bolqarıstanda keçiriləcək "Sofiya Kuboku" beynəlxalq turnirində iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, məşqçi Aliyə Paşayevanın rəhbərliyi altında böyük fərdi gimnastlar Leyli Ağazadə və Kamilla Seyidzadə qüvvəsini sınayacaq.
Yarışda hakim Səbinə Hacıyeva da ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, "Sofiya Kuboku" aprel 4-dən 7-dək təşkil olunacaq.

İdman 2024-04-02 14:01:00