×
A
A
A
Sazlamalar

AFFA Premyer Liqadakı formatı və klub sayını müzakirə edəcək

Bakı, 2 aprel, AZƏRTAC

"Azərbaycan Premyer Liqasının formatı və çempionatdakı klub sayı ilə bağlı müzakirələrimiz olacaq".
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, bununla bağlı hazırda yeni qərar yoxdur: "Bunun üçün müəyyən təhlil aparmalıyıq. Qərar verdiyimiz zaman Azərbaycanda və başqa ölkələrdə olan təcrübəni nəzərə alacağıq".

İdman 2024-04-02 13:16:00