UEFA-nın ötən il Azərbaycan klublarına ödədiyi vəsait açıqlanıb
Bakı, 2 aprel, AZƏRTAC
UEFA-nın ötən il Azərbaycan klublarına ödədiyi vəsait açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Avropa futbol qurumu 2023-cü ildə komandalara ümumilikdə 23 milyon 222 min 116 manat ödəyib.
Bunlardan 15 milyon 197 min 96 manatı "Qarabağ"a, 2 milyon 196 min 52 manatı "Neftçi"yə, 1 milyon 951 min 89 manatı "Sabah"a, 1 milyon 587 min 66 manatı "Qəbələ"yə, 696 min 264 manatı "Zirə"yə, 569 min 991 manatı "Sumqayıt"a, 515 min 674 manatı "Şamaxı"ya, 508 min 884 manatı isə "Səbail"ə verilib.
Qeyd edək ki, klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq milli assosiasiya tərəfindən klubların hesabına köçürülüb.
Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb
Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək
Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO